Bərdənin Muğanlı–Körpüsındıran avtomobil yolunun tikintisi üçün 7 milyon manat ayrılıb

Bərdənin Muğanlı–Körpüsındıran avtomobil yolunun tikintisi üçün 7 milyon manat ayrılıb
# 26 mart 2018 14:32 (UTC +04:00)

Prezident İlham Əliyev Bərdə rayonunun Muğanlı–Körpüsındıran avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən on üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı–Körpüsındıran avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,0 (yeddi) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR