Bank Of Baku

"Yuventus" Spalletti ilə müqavilənin müddətini uzadıb

"Yuventus" Spalletti ilə müqavilənin müddətini uzadıb
# 10 aprel 2026 19:43 (UTC +04:00)

"Yuventus" baş məşqçisi Luçano Spalletti ilə müqavilənin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.

67 yaşlı mütəxəssisin əvvəlki sözləşməsinin müddəti 2025/26 mövsümünün sonunda başa çatmalı idi.

Qeyd edək ki, Spalletti 2025-ci il oktyabrın sonunda "Yuventus"un baş məşqçisi təyin edilib. Turnin klubu hazırda İtaliya A Seriyasında 57 xalla 5-ci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR