"Zirə"nin oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb

"Zirə"nin oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb
# 20 iyul 2024 01:52 (UTC +04:00)

Zirənin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bakıda “DAC 1904”-ə qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.

Apasport.az xəbər verir ki, “Dalğa Arena”da baş tutacaq “Zirə” - “DAC 1904” oyununu luksemburqlu hakimlər briqadası idarə edəcək.

Baş hakim İvo Torresə yan xətt hakimləri Rafael Morim və Dani Dias Balsa köməklik edəcək. Dördüncü hakim isə Jasmin Sabotiç olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR