Bank Of Baku

Gəncə sakini həmyerlisini bıçaqlayıb

Gəncə sakini həmyerlisini bıçaqlayıb
# 15 iyul 2008 13:05 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə bıçaqlanma hadisəsi baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, 1981-ci il təvəllüdlü, Gəncə şəhər sakini Rəşad Ağayev həmyerlisi, 1964-cü il təvəllüdlü Mehman Rzayevə mübahisə zəminində bıçaqla çoxsaylı zərbələr endirib. Hadisə şəhərin “Füruzə” şadlıq sarayının qarşısında baş verib. Arteriya damarları kəsilmiş, bud və budətrafı nahiyəsindən çoxsaylı bıçaq yarası alan Mehman Rzayev xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirir. Gəncə şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rəşad Ağayev bu gecə həbs olunub. İlkin istintaq zamanı insidentin borc məsələsindən qaynaqlandığı məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR