Bank Of Baku

Polisə könüllü təslim olan Salyan rayon sakininin başqa cinayətinin də üstü açılıb

Polisə könüllü təslim olan Salyan rayon sakininin başqa cinayətinin də üstü açılıb
# 15 iyul 2008 13:13 (UTC +04:00)
Bakı - APA. Dünən Yasamal rayonu, Zərdabi küçəsindəki 53 "A" saylı evdə Bakı şəhər sakini Gülçöhrə Aqlimanovanı boğaraq öldürdükdən sonra könüllü şəkildə polisə təslim olan Elmir Paşayevin başqa bir qətl törətdiyi də müəyyənləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılan əməliyyat-istintaq tədbirləri zamanı məlum olub ki, həmin şəxs G. Aqilmanovanın hadisənin şahidi olan qızlarını da boğub. Nəticədə qadının 6 yaşlı qızı ölüb. E. Paşayevin boğaraq öldürmək istədiyi 9 yaşlı qız isə sağ qalıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, E. Paşayevin Salyan rayon sakini olduğu, 53 "A" saylı evin gözətçisi işlədiyi və G. Aqlimanovanı evin zirzəmisində boğduğu müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR