Bank Of Baku

Adam oğurluğunda ittiham olunan şəxslər məhkəmə zalından azadlığa buraxılıblar

Adam oğurluğunda ittiham olunan şəxslər məhkəmə zalından azadlığa buraxılıblar
# 15 iyul 2008 14:42 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə adam oğurluğunda ittiham olunan şəxslərə hökm oxunub.
APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesin yekununda İmran Qasımov və İlqar Qasımova 8 il, İntiqam Allahverdiyevə isə 6 il müddətinə şərti cəza verilib. Barələrində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilən bu şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham olunurdular.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR