Bank Of Baku

Bakı Apellyasiya Məhkəməsi Fərhad və Rafiq Əliyevlər barədə hökmü qüvvədə saxlayıb

Bakı Apellyasiya Məhkəməsi Fərhad və Rafiq Əliyevlər barədə hökmü qüvvədə saxlayıb
# 16 iyul 2008 08:23 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və digər şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi bu gün yekunlaşıb. APA-nın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin F. Əliyev, R. Əliyev və digər şəxslərlə bağlı hökmünün qüvvədə saxlanması barədə qərar çıxarıb.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F. Əliyev 10, R. Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 192-ci (qanunsuz sahibkarlıq), 206-cı (qaçaqmalçılıq), 213-cü (vergi ödəməkdən yayınma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci, (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR