Bank Of Baku

Bakı sakinləri Lənkəranda avtoqəzaya düşüblər

Bakı sakinləri Lənkəranda avtoqəzaya düşüblər
# 16 iyul 2008 08:24 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran şəhərinin Mir Mustafa xan küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Lənkəran şəhər Polis Şöbəsinin müstəntiqi Famil Həsənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, Lənkəran sakini, 1954-cü il təvəllüdlü Siyasət Ağamalı oğlu Mehdiyevin idarə etdiyi “VAZ-21011” markalı, 10 HG 118 dövlət nömrə nişanlı avtomaşın rayon sakini, 1987-ci il təvəllüdlü Bariz Fəxrəddin oğlu Yusifovun idarə etdiyi “VAZ-2107” markalı, 42 BE 527 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-21011” markalı avtomobil çevrilərək aşıb, ”VAZ-2107” markalı avtomobil isə suötürücü kanala düşüb. Nəticədə “VAZ-21011” markalı avtomobilin iki sərnişini Bakı səhər sakinləri, 1976-cı il təvəllüdlü Anar Rəfael oğlu Talıbov və 1962-ci il təvəllüdlü Möhübbət Fərhad oğlu Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR