Bank Of Baku

Elçin Behbudovun maşınından pul oğurlanması faktı təsdiqlənib

Elçin Behbudovun maşınından pul oğurlanması faktı təsdiqlənib
# 16 iyul 2008 09:21 (UTC +04:00)
Bakı-APA. Daxili İşlər Nazirliyinin mətbuat xidməti İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova məxsus “Tofaş” markalı maşının şüşəsinin sındırılması və orada olan pulun aparılması barədə “Yeni Müsavat” qəzetinin yazdığı xəbəri təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 14-də Elçin Tofiq oğlu Behbudovun Yasamal rayonu ərazisindəki Ə. Hüseynzadə küçəsində saxlanılan “Tofaş” markalı maşınının şüşəsi sındırılıb və orada olan 30 min manat oğurlanıb. Məlumata görə, hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Hüquq müdafiəçisi Elçin Behbudov isə APA-ya açıqlamasında iyulun 14-də maşınının şüşəsinin sındırılması faktını təsdiqləyib. O, maşınından 50 min manatın oğurlanması barədə “informasiyanın şişirdildiyini bildirib. Komitə sədri məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR