Bank Of Baku

“OMON”un sabiq komandiri Nizami Şahmuradovun məhkəməsi başlayıb

“OMON”un sabiq komandiri Nizami Şahmuradovun məhkəməsi başlayıb
# 16 iyul 2008 14:03 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə sabiq Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) komandiri, 1962-ci il təvəllüdlü Nizami Şahmuradovun məhkəməsi başlayıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə prosesi iyulun 23-də davam etdiriləcək. Qeyd edək ki, N. Şahmuradov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 29, 278-ci (dövlət çevrilişinə cəhd) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur. O, 1995-ci ilin mart hadisələrində iştirak etməkdə günahlandırılır. N. Şahmuradov həmin ildən axtarışda olub və ötən ilin oktyabrın 24-də həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR