Bank Of Baku

Yanvar-iyun aylarında cənub bölgəsində 29 nəfər narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunub

Yanvar-iyun aylarında cənub bölgəsində 29 nəfər narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunub
# 16 iyul 2008 14:16 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Cari ilin 6 ayı ərzində Azərbaycanın cənub bölgəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 33 cinayət faktı qeydə alınıb və ümumilikdə 29 nəfər həbs olunub. Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) cənub bölgəsi üzrə şöbəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, 6 ayda müsadirə olunmuş 36,275 kiloqram narkotik vasitələrdən 18,790 kiloqramını tiryək, 10,87 kiloqramını həşiş, 7,393 kiloqramını heroin və 3 qramını marixuana təşkil edib. Ötən ilin müvafiq dövründə şöbə tərəfindən 43 cinayət faktı üzrə 53,8 kiloqram həcmində narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR