Bank Of Baku

Qaradağ və İsmayıllıda ölümlə nəticələnən yol qəzaları baş verib

Qaradağ və İsmayıllıda ölümlə nəticələnən yol qəzaları baş verib
# 16 iyul 2008 15:00 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İyulun 15-də saat 17.20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Lerik rayon sakini Pərviz Rzayevin idarə etdiyi “Qazel” markalı və Salyan rayon sakini İsrafil Gözəlovun idarə etdiyi “KAVZ-685” markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə P. Rzayevin sərnişini, Salyan rayon sakini Muradxan Abışov hadisə yerində ölüb. Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır. Bu gün isə İsmayıllı rayonunun Diyallı kəndində yol-nəqliyyat hadisəsi baş verib. Saat 03.20 radələrində İsmayıllı rayonunun Diyallı kəndində, Ağsu rayon sakini Cavanşir Şükürov “VAZ-2106” markalı avtomaşını idarə edərkən onu ağaca vurması nəticəsində avtomaşın yanıb, sərnişin, Ağsu rayon sakini İvan İqnatov hadisə yerində ölüb. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR