Bank Of Baku

Dələduzluqda ittiham olunan Bakı sakinlərinin məhkəməsi başlayıb

Dələduzluqda ittiham olunan Bakı sakinlərinin məhkəməsi başlayıb
# 16 iyul 2008 15:56 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əlisultan Osmanovun sədrliyi ilə dələduzluqda ittiham olunan Bakı şəhər sakinləri Kinyaz Çobanov, Əlizamin Kərimov, Nasir Quliyev və Ülkər Quliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. İş üzrə məhkəmə baxışı iyulun 18-nə təyin olunub. İttihama görə, təqsirləndirilən şəxslər vətəndaşların etibarından sui-istifadə edərək, özgənin əmlakını ələ keçirməklə zərərçəkmişlərə külli miqdarda ziyan vurublar. Onlar zərərçəkmişlərdən aldatma yolu ümumilikdə 240 min ABŞ dolları alıblar. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 1783.2-ci (dələduzluq) və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR