Bank Of Baku

Mingəçevir sakini özünü Kürə ataraq intihar edib

Mingəçevir sakini özünü Kürə ataraq intihar edib
# 17 iyul 2008 09:02 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Bu gün səhər Mingəçevirdə intihar hadisəsi baş verib. APA-nın Şirvan bürosunun məlumatına görə, şəhər sakini, 1943-cü il təvəllüdlü Hüseynova Kifayət Alışan qızı bu gün səhər saat 08.00 radələrində körpüdən özünü Kür çayına ataraq intihar edib. Bir neçə saatdan sonra dalğıclar mərhumun cəsədini çaydan çıxarmağa müvəffəq olublar. İntiharın səbəbi məlum deyil. Mingəçevir şəhər Polis İdarəsindən APA-ya bildiriblər ki, 65 yaşlı Kifayət Hüseynova Yevlaxın Xanabad qəsəbəsində anadan olub və bir neçə il əvvəl Mingəçevirə köçərək tənha yaşayırmış. Onun əvvəllər də bir neçə dəfə intihara cəhd etdiyi bildirilir. Faktla bağlı Mingəçevir şəhər Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR