Bank Of Baku

Rəşid Behbudov küçəsində üç maşın toqquşub, yaralılar var

Rəşid Behbudov küçəsində üç maşın toqquşub, yaralılar var
# 17 iyul 2008 10:36 (UTC +04:00)
Bakı-APA. Bu gün saat 02.00 radələrində Rəşid Behbudov küçəsində Bakı şəhər sakinləri Seymur Kazımovun idarə etdiyi "Mercedes" markalı, Rəşid Məmmədovun idarə etdiyi "Ford" markalı və Elmar Abışovun idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə xəsarət alan hər 3 sürücü və Seymur Kazımovun sərnişinləri, Masallı rayon sakinləri Rauf Məmmədov və Ramin Abbasov xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR