Bank Of Baku

Dəvəçinin Dağ Bilici kəndində iki bacını qətlə yetirən Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının işi məhkəməyə göndərilib

Dəvəçinin Dağ Bilici kəndində iki bacını qətlə yetirən Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının işi məhkəməyə göndərilib
# 17 iyul 2008 13:36 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Ötən il Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə ittiham olunan Qələgah kənd sakinləri - Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yekunlaşdırılaraq, baxılması üçün məhkəməyə göndərilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən APA-ya verilən məlumata görə, cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə), isə 149-cu (zorlama) maddəsi ilə ittiham olunurlar. Ötən il avqustun 6-da Dəvəçi rayonunun Qələgah kəndinin sakinləri Təvəkkül və Elnur İsmayılov qardaşları 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidovaları qaçırıblar. Onlar bacıları öldürdükdən sonra Samur-Abşeron kanalına atıblar. Bacılardan biri - 14 yaşlı Nailə Məcidovanın meyiti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılsa da, Reyhanənin meyiti hələ də tapılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR