Bank Of Baku

Narkotik maddələr əkib-becərən Masallı sakini həbs olunub

Narkotik maddələr əkib-becərən Masallı sakini həbs olunub
# 17 iyul 2008 13:58 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Masallı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Musaküçə kənd sakini, əvvəllər iki dəfə məhkum olunmuş Davud Eynulla oğlu Eynullayev həbs olunub. APA-nın Cənub bürosunun məlumatına görə, adı çəkilən şəxs narkotik maddələrlə bağlı cinayət törətdiyinə görə saxlanıb. Rayonun Dadva meşə zolağında onun əkdiyi narkotik xassəli 3 kənaf kolu aşkar edilərək götürülüb. Götürülən narkotik bitkinin yaş halda çəkisi 3 kiloqramdır. Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR