Bank Of Baku

Bu ilin altı ayı ərzində Azərbaycanda 10338 cinayət hadisəsi qeydə alınıb

Bu ilin altı ayı ərzində Azərbaycanda 10338 cinayət hadisəsi qeydə alınıb
# 17 iyul 2008 14:03 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu ilin birinci yarısında Azərbaycanda 10338 və ya əhalinin hər 100 min nəfərinə hesabı ilə 121 cinayət hadisəsi qeydə alınıb.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, yanvar-iyun aylarında müəyyən edilən 8665 nəfər hüquq pozucusunun 6849-u və ya 79 faizi cinayət məsuliyyətinə cəlb olunub. Məsuliyyətə cəlb olunanların 82,2 faizi əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 9,8 faizi əvvəllər cinayət törətmiş şəxslər, 13,3 faizi qadınlar və 2,7 faizi yetkinlik yaşına çatmayanlardır. Törədilmiş cinayətlər nəticəsində xəsarət almış 4934 nəfərin 43,4 faizi qadınlar, 3,2 faizi isə yetkinlik yaşına çatmayanlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR