Bank Of Baku

Bakının Səbayel rayonunun polis rəisi vəzifəsindən azad olunub

Bakının Səbayel rayonunun  polis rəisi vəzifəsindən azad olunub
# 17 iyul 2008 14:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Ədliyyə Nazirliyinin Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Baş İdarəsinə yeni rəis təyin olunub. APA-nın xəbərinə görə, sözügedən qurumun rəhbər vəzifəsinə Xanlar Zeynalov təyinat alıb.

Qeyd edək ki, X. Zeynalov bu təyinata qədər Bakının Səbayel rayonunun Polis İdarəsinin rəisi işləyib.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov APA-ya bildirib ki, X. Zeynalov ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə bu vəzifəyə təyin olunub və ona baş ədliyyə müşaviri rütbəsi verilib.

Qeyd edək ki, bundan əvvəl Ədliyyə Nazirliyinin Məhkəmə Nəzarətçiləri və Məhkəmə Nəzarətçiləri Baş İdarəsinin keçmiş rəisi, hazırda Penitensiar Xidmətin rəis müavini vəzifəsində çalışan Hüseyn Əlixanov olub.

Səbayel Rayon Polis İdarəsinə isə hələlik rəis təyin olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR