Bank Of Baku

Nobel prospektində yenidənqurma işləri ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Nobel prospektində yenidənqurma işləri ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
# 17 iyul 2008 14:21 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. İyulun 19-da Bakının Nobel prospektində yenidənqurma işləri ilə bağlı avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, AMAY Ticarət Mərkəzinin inzibati binasının arxa hissəsindən Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsindən “Nargilə” kafesi istiqamətinə, yəni Arif Mirzəyev küçəsinə kimi avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək. V. Əsədov sürücülərdən alternativ yollardan istifadə etmələrini xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR