Bank Of Baku

“Lənkəranlı Rövşən”ə qaçqın statusu verən Kiyev Miqrasiya Xidməti İdarəsinin rəhbərliyi haqqında cinayət işi başlanıb

“Lənkəranlı Rövşən”ə qaçqın statusu verən Kiyev Miqrasiya Xidməti İdarəsinin rəhbərliyi haqqında cinayət işi başlanıb
# 17 iyul 2008 14:33 (UTC +04:00)
Kiyev-APA. Kiyev şəhər prokurorluğu kriminal aləmdə “Lənkəranlı Rövşən” ləqəbi ilə tanınan Azərbaycan vətəndaşı Rövşən Rafiq oğlu Canıyevə qaçqın statusu verdiyinə görə Kiyev Miqrasiya Xidməti İdarəsinin vəzifəli şəxsləri haqqında cinayət işi başlayıb. APA-nın məlumatına görə, idarənin rəhbərliyi vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Prokurorluq orqanları Miqrasiya Xidmətinin əməkdaşlarını Rövşən Canıyevə qaçqın status verərkən onun qeyri-siyasi xarakterli cinayət törətməkdə ittiham olunması, haqqında beynəlxalq axtarış elan edilməsi, onun istintaqdan yayınması faktlarının nəzərə alınmadığını bildirir. Qeyd edək ki, fevral ayında Ukrayna hökuməti “Lənkəranlı Rövşən”ə qaçqın statusu verib. Azərbaycanda xüsusi ağır cinayət törətdiyinə görə Rövşən Canıyev haqqında beynəlxalq axtarış elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR