Bank Of Baku

Xumar Qədimovaya 240 min manatlıq ev alan iş adamının aldatdıqları sırasında millət vəkilinin oğlu da var - YENİILƏNİB

Xumar Qədimovaya 240 min manatlıq ev alan iş adamının aldatdıqları sırasında millət vəkilinin oğlu da var - <font color=red>YENİILƏNİB</font>
# 17 iyul 2008 15:05 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Həsən Əliyevin sədrliyi ilə Bakı şəhər sakini Emin Əmirovun məhkəməsi başlayıb. APA-nın məlumatına görə, Emin Əmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. İttiham aktına görə, adı çəkilən şəxs zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək, 14 milyon manat pul mənimsəyib və vətəndaşlardan aldığı pula müğənni Xumar Qədimova üçün 240 min manat dəyəri olan ev alıb. Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində ifadə verən Emin Əmirov özünü qismən təqsirli bilib. Məhkəmə prosesi davam edir. Qeyd edək ki, Emin Əmirov mobil telefon aparatlarının topdansatışı ilə məşğul olub.
E. Əmirovun aldatdığı şəxslər arasında millət vəkili Fərhad Qəribovun oğlu, “Debütbank”ın Müşahidə Şurasının sədri Rəşad Qəribov və İlqar adlı iş adamıda var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR