Bank Of Baku

Baykal-Amur Magistralının ən böyük stansiyalarından birinə Heydər Əliyevin adı verilib

Baykal-Amur Magistralının ən böyük stansiyalarından birinə Heydər Əliyevin adı verilib
# 18 iyul 2008 07:46 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Şərqi Sibir dəmiryolunun Anqoya stansiyasına Heydər Əliyevin adı veriləcək. APA-nın məlumatına görə, bu münasibətlə bu gün adı çəkilən stansiyada təntənəli mərasim keçirilməsi planlaşdırılır. Mərasimə Rusiya Dəmir Yolları Dövlət Şirkətinin prezidenti Vladimir Yakunin, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və digər rəsmi şəxslər qatılacaqlar. Stansiyaya Heydər Əliyevin adının verilməsi onun sovet dövrünün ən nəhəng sənaye layihəsi olan Baykal-Amur Magistralının tikintisində aparıcı rol oynaması ilə bağlıdır. Qeyd edək ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə Baykal-Amur Magistralının tikintisinə dair dövlət komissiyasına rəhbərlik edib. O, 1984-cü ildə BAM-ın açılışında iştirak etmək üçün həmin əraziyə işçi səfəri edib. Anqoya stansiyası Baykal-Amur magistralının 1181-ci kilometrliyində, Zabaykalyedə yerləşir. BAM-da bur çox stansiyalar və yaşayış məntəqələri ayrı-ayrı sovet respublikaçılarının zəhmətkeşləri tərəfindən inşa olunub. Heydər Əliyevin adını daşıyacaq Anqoya stansiyasının inşasında çoxlu sayda azərbaycanlı çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR