Bank Of Baku

Ermənilər müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar

Ermənilər müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar
# 18 iyul 2008 07:58 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 17-də saat 10.30-dan 11.00-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən saat 21.20-dən 21.45-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.25-dək iyulun 18-də saat 01.30-dan 01.35-dək ara-sıra Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdən və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 21.10-dan 22.33-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dan 23.40-dək Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.15-dən 23.30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.35-dən 23.50-dək və iyulun 18-də saat 00.30-dan və 00.40-dək, 01-dən 02.00-dək Füzuli rayonunun ərazindəki adsız yüksəkliklərdə, Aşağı Veysəli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR