Bank Of Baku

Tatyana Çaladzenin “Bakı Xəbər” qəzetinə qarşı iddiası təmin olunmayıb

Tatyana Çaladzenin “Bakı Xəbər” qəzetinə qarşı iddiası təmin olunmayıb
# 18 iyul 2008 09:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Bakının Yasamal rayon Məhkəməsində jurnalist Tatyana Çaladzenin “Bakı Xəbər” qəzetinə qarşı iddiasına baxılıb. İddiaçı APA-ya açıqlamasında bildirib ki, adı çəkilən qəzetdə onun Bakıda iki mənzili olması barədə çap olunmuş yazı ilə bağlı fevral ayında məhkəməyə müraciət edərək ona böhtan atıldığını bildirib və 50 min manat məbləğində təzminat istəyib. Hakim Raqib Qurbanovun sədrliyi ilə bu gün keçirilən prosesdə T. Çaladzenin həmin vaxt Bakıda mənzili olmadığı faktı təsdiqlənsə də, yazıda iddiaçını təhqir edən sözlərdən istifadə olunmadığı üçün təzminat iddiası təmin olunmayıb. T. Çaladze qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR