Bank Of Baku

Dövlət Sərhəd Xidməti narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə uğurlu əməliyyat keçirib

Dövlət Sərhəd Xidməti narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə uğurlu əməliyyat keçirib
# 18 iyul 2008 09:32 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı bir sıra tədbirlər həyata keçirib. DSX-nin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, bu il iyunun 26-da Astara rayonunun “N” saylı sərhəd zastavasının ərazisində İran İslam Respublikası istiqamətindən dövlət sərhədini pozaraq respublikamıza külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Sərhədçilərin sayıqlığı nəticəsində sərhəd pozucuları əllərindəki qaçaqmalı ataraq qaçıblar. Hadisə yerində qaçaqmalçılara məxsus 53 kiloqram narkotik vasitə - həşiş aşkarlanaraq, götürülüb. Faktla bağlı DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir. Ölkə ərazisində “Xaş-xaş 2008” şərti adı altında DSX-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin iyulun 9-da Şəki rayonu “Yemçilik Birliyi” adlanan ərazisində 1,5 hektar sahədən 2 ton 300 kq, Ağstafa rayonu Sadıxlı kənd ərazisində 3 hektar sahədən 7 ton 264 kq, iyulun 10-da Qazax rayonu ərazisində Bakı-Tiflis magistral yolun 497-ci kilometrliyində 0,22 hektar sahədən 2 ton 510 kq, iyulun 11-də Zaqatala rayonu Kəpənəkçi kənd ərazisində 1,5 hektar sahədən 3 ton 200 kq yabanı şəkildə bitmiş çətənə kolu yığılaraq Daxili İşlər Nazirliyinin rayon polis şöbələrinin, Tovuz Gömrük İdarəsi əməkdaşlarının və ictimaiyyətin iştirakı ilə yandırılaraq məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR