Bank Of Baku

Qaradağ rayonunda iki bıçaqlanma hadisəsi baş verib

Qaradağ rayonunda iki bıçaqlanma hadisəsi baş verib
# 18 iyul 2008 09:54 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gecə Qaradağ rayon Sahil qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-ya Qaradağ rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsindən məlumat verilib. Məlumata görə, Sahil qəsəbəsinin sakini, 1974-cü il təvəllüdlü Yolçu Alı oğlu Məmmədov naməlum şəxslər tərəfindən bıçaqlanıb. Daha bir bıçaqlanma hadisəsi isə rayonun Lökbatan qəsəbəsində baş verib. Qaradağ RPİ-nin 10-cu Polis Bölməsindən APA-ya verilən məlumata görə, Lökbatan qəsəbəsinin sakini, 1976-ci il təvəllüdlü Yaşar Bağırov naməlum şəxslər tərəfindən bıçaqlanıb. Hər iki yaralı dərhal Kiliniki Tibbi Mərkəzə çatdırılıb, onların vəziyyətini orta-ağır olduğu bildirilir. Hər iki faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlayıb, hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR