Bank Of Baku

İsmayıllı və İmişlidə baş verən yol qəzalarında üç nəfər ölüb

İsmayıllı və İmişlidə baş verən yol qəzalarında üç nəfər ölüb
# 18 iyul 2008 10:32 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli- APA. İyulun 17-də saat 08.30 radələrində İsmayıllı rayonunun Tircan kəndində, kənd sakini Fəzail Məmmədovun idarə etdiyi "QAZ-53" markalı və Maçaxı kənd sakini Əlif Yusifovun idarə etdiyi "VAZ-21063" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə "VAZ-21063" markalı avtomaşının sərnişini, Tircan kənd sakini Arif Zülfüqarov hadisə yerində ölüb, xəsarət alan Ə. Yusifov və sərnişini, Mican kənd sakini Raci Məmmədov xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. Həmin gün İmişli rayonunun Qaradonlu kəndində baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Saat 23.00 radələrində İmişli rayonunun Qaradonlu kəndində, Qızılkənd kənd sakini Telman Babayevin idarə etdiyi "VAZ-2106" markalı və Gövhərli kənd sakini Vüsal Məmmədovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşması nəticəsində xəsarət alan T. Babayev və sərnişinləri, həmyerliləri Nabat Həsənova və Samiq Məmmədov xəstəxanaya yerləşdiriliblər. T. Babayev və N. Həsənova orada ölüb. İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR