Bank Of Baku

“N” saylı hərbi hissənin sabiq qərargah rəisinin məhkəməsi başlayıb

“N” saylı hərbi hissənin sabiq qərargah rəisinin məhkəməsi başlayıb
# 18 iyul 2008 10:33 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Müdafiə Nazirliyinin Səngəçal qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsinin sabiq qərərgah rəisi, kapitan Rövşən Tağı oğlu Babayevin məhkəmə baxışı başlayıb. APA-nın məlumatına görə, prosesdə çıxış edən dövlət ittihamçısı Mehbalı Qurbanov məhkəmə hökmünün dəyişdirilməsini və R. Babayevin həbs edilməsini istəyib. Qeyd edək ki, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 (rüşvət alma), 341.2.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham olunan R. Babayev Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Ona CM-nin 70-ci maddəsi tətbiq olunaraq məhkəmə zalından azadlığa buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR