Bank Of Baku

Oğurluq etmiş Lənkəran sakini yaxalanıb

Oğurluq etmiş Lənkəran sakini yaxalanıb
# 18 iyul 2008 10:38 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev APA. Lənkəran şəhər sakini Qəmər Qasımovanın evində oğurluq hadisəsi baş verib.
Lənkəran Polis Şöbəsinin müstəntiqi Rövşən Rəşidovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, evin kirayənişini Fəxrəddin Yusif oğlu Mustafayevə məxsus 100 manat pul, 10 banka mürəbbə, 2 cüt ayaqqabı, 7 audiokaset, 17 SD, 1 kompüter diski və 1 ədəd maqnitofon oğurlanıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Arif Aydın oğlu Təhməzov şübhəli şəxs qismində saxlanılıb. Narkotikaya meylli olan və əvvəllər də məhkumluq həyatı yaşayan A. Təhməzov törətdiyi əməli etiraf edərək peşmançılıq hissi keçirdiyini bildirib. Faktla bağlı Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR