Bank Of Baku

Qubadakı kütləvi məzarlıqda arxeoloji qazıntıların III mərhələsi başlayıb

Qubadakı kütləvi məzarlıqda arxeoloji qazıntıların III mərhələsi başlayıb
# 18 iyul 2008 13:15 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Qubada aşkar edilən kütləvi məzarlıqda aparılan arxeoloji qazıntıların III mərhələsi başlayıb.
Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev məlumat verib. O bildirib ki, iyulun 13-də dayandırılan tədqiqatlar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun vəsaiti hesabına davam etdiriləcək: “Hazırda insan sümükləri ilə dolu quyuların araşdırılmasına başlanıb. Məlum olduğu kimi, ilkin olaraq aşkarlanan iki quyunun tədqiqatını axıra saxlamışdıq. Təəssüf ki, ərazidə baş verən torpaq sürüşməsi II quyunu dağıdıb, yalnız kiçik bir hissə qalıb. Buna görə də tədqiqatlara bu hissədən başladıq”. Qeyd edək ki, son məlumata görə, ərazidən 196 insan kəlləsi aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR