Bank Of Baku

Sabirabadda qaçqın düşərgəsində yanğın olub

Sabirabadda qaçqın düşərgəsində yanğın olub
# 18 iyul 2008 13:28 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynalov-APA. Sabirabadda Fin qaçqın düşərgəsində iki ailəyə məxsus ev yanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayonunun Güdəcühür kəndinin sahə müvəkkili Vaqif Paşayevin bildirib. Bu gün günorta saatlarında Sabirabad rayonunun Güdəcühür kəndi 2 saylı Fin düşərgəsində Füzuli rayonundan köçkün düşmüş Sadıqov Kərim Sadıq oğluna və Qasımov Lənkəran Salman oğluna məxsus 259 və 260 saylı fin mənzillərində elektrik enerjisinin qısaqapanmasından yanğın baş verib. Yanğın zamanı xəsarət alan olmayıb, lakin hər iki mənzil tamamilə yanıb. Faktla bağlı
araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR