Bank Of Baku

Aktyor Rəhman Rəhmanovun oğlu həbs edilib - YENİLƏNİB

Aktyor Rəhman Rəhmanovun oğlu həbs edilib - <font color=red>YENİLƏNİB </font>
# 18 iyul 2008 13:38 (UTC +04:00)
Məlumata görə, E. Rəhmanov soyğunçuluq etməkdə təqsirləndirilir. Onun barəsində Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 180. 1-ci(soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
E. Rəhmanov hazırda Bayıldakı istintaq təcridxanasında saxlanılır.
Qeyd edək ki, R. Rəhmanov Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyorudur.
Onu da xatırladaq ki, E. Rəhmanov 2005-cı ildə “Azəri-star” mahnı müsabiqəsinin iştirakçısı olub. Bundan əvvəl isə bu yarışmanın digər iştirakçısı Rüstəm Əlişanov da qadın alverində ittiham olunaraq həbs edilib.
Hazırda Azərbaycan incəsənətində olan bir neçə şəxsin ailə üzvü həbsdədir. Bunlarda Arif Quliyevin oğlu Fərid Quliyev, İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Rəqsanə İsmayılovanın bacısı Ellada İsmayılova həbsdədirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR