Bank Of Baku

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri 15 və 16 saylı cəzaçəkmə müəssisələrində olub

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri 15 və 16 saylı cəzaçəkmə müəssisələrində olub
# 18 iyul 2008 16:14 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 16 və 15 saylı cəzaçəkmə müəssisələrində olub. Komitə sədri APA-ya bildirib ki, 16 saylı müəssisədə görüşdüyü 1959-cu il təvəllüdlü, dövlət əmlakını mənimsəməkdə ittiham olunan məhkum Vasif Kazımov vəziyyətinin son dərəcə ağır olduğunu deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, bir dəfə klinik ölüm keçirən V. Kazımov azadlığa buraxılmasına kömək göstərməsini xahişi ilə ona müraciət edib. Komitə sədri 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan quldurluqda təqsirləndirilən məhkum İbadət Nuriyevlə görüşdüyünü deyib: “Bu şəxsin anası mənə müraciət edərək bir ay əvvəl oğlunun müəssisədə döyüldüyünü bildirmişdi. Məsələni araşdıranda məlum oldu ki, əslində İbadət Nuriyev başqa məhkumlarla birgə orada saxlanılan Rza Əsədullayevi döyüb. Ona görə də ona qandal vurulub. Bu addım qaydalara uyğun həyata keçirilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR