Bank Of Baku

Ermənistan ordusu növbəti dəfə atəşkəsi pozub

Ermənistan ordusu növbəti dəfə atəşkəsi pozub
# 19 iyul 2008 07:50 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan qoşunları iyulun 18-də saat 22.45-dən 23.20-dək və iyulun 19-da saat 05.30-dan 06.00-dək fasilələrlə Ermənistanın Noyemberyan rayonunun Voskepar, Vazaşen və Berd rayonunun Mosesqex kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonları ərazisindəki adsız yüksəkliklərdə, eləcə də Qazax rayonunun Əskipara kəndi ərazisində yerləşən mövqelərini, saat 14.15-dən 14.45-dək və saat 23.40-dan 23.50-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 19-30-dan 19.45-dək Ağdam rayonu Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.45-dən iyulun 19-u saat 00.15-dək Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 23.10-dan 23.50-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR