Bank Of Baku

Lənkəran-Lerik yolunda qəza baş verib

Lənkəran-Lerik yolunda qəza baş verib
# 19 iyul 2008 07:51 (UTC +04:00)
Lerik. Ağəddin Babayev - APA. Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Rayon Polis Şöbəsinin müstəntiqi Allahverdi Zeynalovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə Lənkəran-Lerik şose yolunun 21-ci kilometrliyində, Piran kəndi ərazisində qeydə alınıb. Lənkəran rayon sakini, 1965-ci il təvəllüdlü Hacıkişi Xankişi oğlu Sultanovun idarə etdiyi “QAZ-52” markalı, 42 AC 712 dövlət nömrə nişanlı avtomaşın Yevlax şəhər sakini, 1970-ci il təvəllüdlü Habil Hüseyn oğlu Abışovun idarə etdiyi “Qazel” markalı, 61 BB 314 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “Qazel”in sərnişinləri - Yevlax şəhər sakinləri, 1971-ci il təvəllüdlü Elçin Abışov və 1972-ci il təvəllüdlü Füzuli Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR