Bank Of Baku

Ələt-Astara yolunda baş verən yol qəzasında bir nəfər ölüb

Ələt-Astara yolunda baş verən yol qəzasında bir nəfər ölüb
# 19 iyul 2008 10:01 (UTC +04:00)
Masallı. Ağəddin Babayev APA. Bu gün səhər Ələt-Astara yolunun 165-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, Masallı rayonunun Musaküçə kənd sakinləri 1963-cü il təvəllüdlü Akif Rəhimov idarə etdiyi “VAZ 2107” markalı, 01 BC 188 dövlət nömrə nişanlı avtomobil və onun həmkəndlisi, 1966-cı il təvəllüdlü Faiq Ağayevin idarə etdiyi VAZ 2101, 44 BE 752 dövlət nömrə nişanlı avtomobil ötmə zamanı bir-birinə dəyərək çevriliblər. Nəticədə “VAZ 2101”in sərnişini, Musaküçə kənd sakini Mərcan Ağayeva müxtəlif bədən xəsarətləri ilə Masallı rayon xəstəxanasına aparılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi açılıb, təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR