Bank Of Baku

Bakı və Astarada baş verən yol qəzalarında 2 nəfər ölüb

Bakı və Astarada baş verən yol qəzalarında 2 nəfər ölüb
# 19 iyul 2008 10:09 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün səhərə yaxın Bakının Bilgəh qəsəbəsində yerli sakin Urfan Kərimov "Opel" markalı avtomaşını idarə edərkən onu aşırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə avtomobilin sərnişini, Bilgəh qəsəbə sakini Vüqar Şıxıyev hadisə yerində ölüb, xəsarət alan U. Kərimov və digər sərnişini Teymur Əliyev isə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.
Astara rayonunda isə Ərçivan kənd sakini Rövşən Fəttayev "Mercedes" markalı avtomaşını idarə edərkən onu işıq dirəyinə vurub. Nəticədə R. Fəttayev hadisə yerində ölüb. Astara rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR