Bank Of Baku

Azərbaycanda mobil abunəçilərin sayı 4 milyon 900 min nəfərdir

Azərbaycanda mobil abunəçilərin sayı 4 milyon 900 min nəfərdir
# 19 iyul 2008 10:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov APA. İyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda mobil abunəçilərin sayı 4 milyon 900 min nəfərdir. APA-nın xəbərinə görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən kollegiya iclasında nazirliyin maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyev deyib. R. Nəbiyev bildirib ki, mobil abunəçilərin sayı ilin əvvəlinə nisbətən 381 min 500 nəfər artıb. Bu, o deməkdir ki, Azərbaycanda əhalinin hər 100 nəfərindən 56,5-i mobil rabitə operatorlarının abunəçisidir.
Qeyd edək ki, hazırda Azərbaycanda “Azercell Telecom”, “Bakcell” və “Azerfon” şirkətləri GSM, CATEL şirkəti isə mobil SDMA xidmətləri göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR