Bank Of Baku

Hacıkənddə silahlı insident baş verib

Hacıkənddə silahlı insident baş verib
# 21 iyul 2008 08:00 (UTC +04:00)
Gəncə şəhər Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, iyunun 20-də saat 20-30 radələrində qəsəbə ərazisində sürətlə hərəkət edən avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Həsənov Xosrov Məmməd oğlu havaya bir neçə dəfə atəş açıb. Hadisə baş verən zaman Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev də ərazidə olub. Ərazidə olan Gəncə RPŞ-nin əməkdaşları adı çəkilən şəxsi saxlamaq istəsələr də, o, polislərə müqavimət göstərib və havaya yenə də bir neçə dəfə atəş açıb. Polislər Xosrov Həsənovu tərksilah etməyə müvəffəq olublar. Onun üzərindən “Çayka 410K” markalı avtomat silah və 21 patron götürülüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR