Bank Of Baku

Yardımlıda və Lənkəranda “Xaşxaş - 2008” əməliyyatı keçirilib

Yardımlıda və Lənkəranda “Xaşxaş - 2008” əməliyyatı keçirilib
# 21 iyul 2008 08:00 (UTC +04:00)
Yardımlı Polis Şöbəsinin rəisi Şamil Məcidlinin APA-nın cənub bürosuna verdiyi məlumata görə, rayonun Alar kəndi yaxınlığındakı “Şahinişin” adlanan 200 hektarlıq ərazidə yabanı halda bitmiş 41 ton xaşxaş kolu aşkarlanaraq müvafiq komissiyanın iştirakı ilə məhv edilib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub zonası üzrə regional şöbəsi ilə Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayonun Nərimanabad-1 qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Muxtar oğlu Məmmədov narkotik vasitə olan 100 qram həşişi satarkən yaxalanıb. Onun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən külli miqdarda xaşxaş bitkisi aşkarlanaraq müsadirə olunub. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR