Bank Of Baku

Ramil Usubov: “Bu ilin ilk yarısında Azərbaycanda adamların girov götürülməsinə dair cinayət qeydə alınmayıb”

Ramil Usubov: “Bu ilin ilk yarısında Azərbaycanda adamların girov götürülməsinə dair cinayət qeydə alınmayıb”
# 21 iyul 2008 08:03 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib. Məruzə ətrafında çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri görülən işlər barədə məlumat verib, mövcud nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılacağına söz veriblər. Əməliyyat müşavirəsinə yekun vuran nazir R. Usubov dayanıqlı ictimai-siyasi sabitlik sayəsində ölkənin siyasi və hərbi potensialının, əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldiyini, sosial tərəqqiyə xidmət edən dövlət proqramlarının yerinə yetirilməsində böyük uğurlar əldə edildiyini qeyd edib. Nazir deyib ki, daxili işlər orqanları tərəfindən 2008-ci ilin 6 ayı ərzində də cinayətkarlığa qarşı mübarizədə qanunla müəyyən edilmiş funksiyaların, eləcə də iqtisadiyyatın inkişafı, strateji əhəmiyyətli beynəlxalq layihələrin uğurla həyata keçirilməsi üçün mühüm amillərdən olan ictimai-siyasi sabitliyin təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələr layiqincə yerinə yetirilib, əməliyyat şəraiti nəzarətdə saxlanılıb. Nazir ötən ilin eyni dövrü ilə müqayisədə respublika üzrə cinayətlərin dinamikasında bir sıra müsbət dəyişikliklərin baş verdiyini diqqətə çatdıraraq, qəsdən adam öldürmə və ona cəhdlərin 9,2, qəsdən sağlamlığa ağır zərər vurmaların 4,2, hədə-qorxu ilə tələb etmələrin 43,6, avtonəqliyyatın oğurlanmasının 38,5, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 11,5 faiz azaldığını, adamları girov götürmə cinayətlərinin isə ümumiyyətlə qeydə alınmadığını bildirib. R. Usubov qeyd edib ki, respublikadakı ictimai-siyasi vəziyyətə və kriminogen duruma paytaxtın əməliyyat şəraitinin həlledici təsirini nəzərə alaraq nazirlik tərəfindən Bakı şəhəri üzrə əməliyyat şəraiti müntəzəm təhlil olunur və qiymətləndirilir. Daxili işlər naziri toplantı iştirakçılarına tapşırıq və tövsiyələrini verib, nöqsan və çatışmazlıqların aradan qaldırılması yollarını göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR