Bank Of Baku

Bu il Bakıda quldurluq və soyğunçuluqla məşğul olan 20 cinayətkar qruplaşma zərərsizləşdirilib

Bu il Bakıda quldurluq və soyğunçuluqla məşğul olan 20 cinayətkar qruplaşma zərərsizləşdirilib
# 21 iyul 2008 08:06 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu ilin altı ayı ərzində Bakı şəhərində 4819 cinayət qeydə alınıb, onların 86,1 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 13,9 faizi isə ağır və xüsusilə ağır cinayətlər olub. Ümumi cinayətlərin 28,8 faizini şəxsiyyət əleyhinə, 32,2 faizini ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 0,4 faizini isə iqtisadi sahədə olan hüquqazidd əməllər təşkil edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində bu ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsində çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov bildirib. R. Abbasov qeyd edib ki, hesabat dövründə ağır cinayətlərin, xüsusən şəxsiyyət əleyhinə törədilən cinayətlərin açılması yüksəlib, o cümlədən keçən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmə, qəsdən sağlamlığa zərər vurma cinayətləri, ölümlə, eləcə də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri azalıb, onların açılma faizi isə yüksək olub. Hesabat dövründə 10 quldurluq və 16 soyğunçuluq cinayətləri törədən 53 nəfərdən ibarət 20, 19 mənzil oğurluğu törədən 18 nəfərdən ibarət 9 cinayətkar qrup ifşa olunaraq zərərsizləşdirilib. Polis rəisinin sözlərinə görə, müxtəlif vaxtlarda Bakı şəhərində 27 mənzil oğurluğu törədən A. Fərzəliyev bu ilin iyun ayında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. R. Abbasov qeyd edib ki, əməliyyat-axtarış fəaliyyətinin mühüm istiqamətlərindən olan təqsirləndirilən şəxslərin yerlərinin müəyyən edilməsi sahəsində də müəyyən işlər görülüb, cinayətkarların 59,4 faizi tutularaq aidiyyəti orqanlara təhvil verilib. R. Abbasov keçən ilin birinci yarımilliyində qanunsuz dövriyyədən 45 kiloqram 574 qram narkotik vasitə çıxarıldığı halda, cari ilin müvafiq dövründə 110 kiloqram 394 qram narkotik vasitə, o cümlədən 50 kiloqram 836 qram həşiş, 8 kiloqram 574 qram heroin, 11 kiloqram 293 qram tiryək və 39 kiloqram 690 qram marixuana götürüldüyünü deyib. Ötən ilin eyni dövrü ilə müqayisədə aşkar olunan cinayətlərin sayı 97 fakt, narkotiklərin satışı ilə bağlı isə 108 fakt artıb. Polis rəisi bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8,71 faiz, ölümlə nəticələnən yol nəqliyyat hadisələri 23,29 faiz, yaralananların sayı isə 5,4 faiz azalmış, yol hərəkəti qaydalarını davamlı və kobud sürətdə pozan, ictimaiyyətə açıq hörmətsizlik edən 349 avtoxuliqan yaxalanaraq məhkəmə məsuliyyətinə cəlb olunub, onların 78-i inzibati qaydada müxtəlif müddətlərə həbs olunub, 169 nəfər barəsində isə inzibati tədbirlər görülüb. Həyata keçirilmiş profilaktiki və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan 185 ədəd silah, o cümlədən 19 avtomat, 35 tapança, 130 tüfəng, 1 qumbaraatan, habelə 96 qumbara, 25 mərmi və 8500-dən çox müxtəlif çaplı patronlar yığılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR