Bank Of Baku

Yanvar-iyun aylarında Azərbaycanda 10338 cinayət qeydə alınıb

Yanvar-iyun aylarında Azərbaycanda 10338 cinayət qeydə alınıb
# 21 iyul 2008 08:23 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. 2008-ci ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən respublikada 10338 cinayət qeydə alınıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən məlumat verilib. Məlumata görə, DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 4259-u (42,9%) böyük ictimai təhlükə törətməyən, 4517-i (45,8%) az ağır, 1156-ı (11,6%) ağır və xüsusilə ağır cinayətlər olub. Qeydə alınmış cinayətlərin strukturunda 3557 (2007-ci ilin 1-ci rübü ilə müqayisədə +380 və ya 11,9%) şəxsiyyət əleyhinə, 2658 (+611; 29,8%) iqtisadi sahədə törədilən, onlardan 2603 (+611; 30,7%) mülkiyyət əleyhinə, 3354 (+279; 9,1%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 363 (-13; 3,4%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir. Daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış cinayətlərin 90,4%, onlardan ekoloji cinayətlərin 98,8%, mənimsəmə və israetmə cinayətlərinin 97,8%, şəxsiyyət əleyhinə olan cinayətlərin 96,9%, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərin 96,3%, insan alveri ilə bağlı cinayətlərin 96,1%, narkotik vasitələrlə bağlı cinayətlərin 94,7%, seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərin 93,8%, dələduzluq cinayətlərin 93,3%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin 92,5%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 93,6%, xuliqanlıq cinayətlərinin 92,2%, qaçaqmalçılıq cinayətlərinin 91,2%, adam oğurluqları cinayətlərin 88,9%, soyğunçuluq cinayətlərinin 85,5%, qəsdən adam öldürmə cinayətlərinin 84,6%, zorlama (cəhdlərlə) cinayətlərinin 83,3%, avtonəqliyyat qaçırılmaları cinayətlərinin 79,4%, hədə-qorxu ilə tələb etmə cinayətlərinin 78,9% açılması təmin edilib. 2008-ci ilin 1-ci yarımilliyində hədə-qorxu ilə tələb etmə cinayətlərinin 43,6% (-17; 22-39), avtonəqliyyat oğurluğu cinayətlərinin 38,5% (-5; 8-13), mal-qara oğurluğu cinayətlərinin 28,8% (-34; 84-118), mənimsəmə və israf etmə cinayətlərinin 24,4% (-11; 34-45), qəsdən adam öldürmə cinayətlərinin 4,7% (-4; 81-85), qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin 4,2% (-5; 114-119), ekoloji cinayətlərin 4,2% (-4; 90-94), zorlama cinayətlərinin 2 dəfə (-8; 8-16), rüşvət cinayətlərinin 2 dəfə (-2; 2-4) azalması ilə xarakterizə olunub, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR