Bank Of Baku

Şəkidə sərnişin avtobusu yanıb

Şəkidə sərnişin avtobusu yanıb
# 21 iyul 2008 08:56 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Şəki rayonunda sərnişin avtobusu yanıb.
Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Yanğından Mühafizə İdarəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə dünən saat 19:00 radələrində Şəki-Oxud yolunun 5-ci kilometrliyində qeydə alınıb. Rayon mərkəzindən Oxud kəndinə gedən, Qalib Məmmədovun idarə etdiyi “Paz” markalı, 55 BJ 027 dövlət nömrə nişanlı sərnişin avtobusunda texniki nasazlıq üzündən yanğın baş verib. Avtobusda olan sərnişinlər maşını vaxtında tərk edib və xəsarət alan olmayıb. Lakin yanğının qarşısını almaq mümkün olmayıb və maşın yanaraq sıradan çıxıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR