Bank Of Baku

Dünən Azərbaycanda baş verən yol qəzalarında 4 nəfər ölüb

Dünən Azərbaycanda baş verən yol qəzalarında 4 nəfər ölüb
# 21 iyul 2008 10:48 (UTC +04:00)
Bakı-APA. İyulun 20-də saat 19.30 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində, Bakı şəhər sakini Akif Məlikov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Bakı şəhər sakini Azad Şıxəliyevə məxsus "Hundai" markalı avtomaşına vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə A. Məlikov hadisə yerində ölüb, xəsarət alan sərnişinləri, Ramana qəsəbə sakinləri Məlik Nərimanov, Vüqar Şahverdiyev və Bilgəh qəsəbə sakini Elvin Qurbanov xəstəxanaya yerləşdiriliblər. Həmin gün saat 10.30 radələrində isə Göygöl rayonunun Aşıqlı kəndində, Gəncə şəhər sakini Rauf Qasımov "Mercedes" markalı avtomaşını idarə edərkən həmyerlisi Rəşad Mehdiyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən R. Mehdiyev orada ölüb. Abşeron rayonunun Cəngi qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Məlumata görə, Ağdaş rayon sakini Rəşad Soltanov "Azsamand" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə R. Soltanovun sərnişinləri, qardaşı Kamal və Bakı şəhər sakini Ənvər Quliyev hadisə yerində ölüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR