Bank Of Baku

Uşaq alverində təqsirləndirilən 1 saylı Kliniki Tibbi Mərkəzin həkimlərinin məhkəməsi başlayıb

Uşaq alverində təqsirləndirilən 1 saylı Kliniki Tibbi Mərkəzin həkimlərinin məhkəməsi başlayıb
# 21 iyul 2008 10:54 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzin həkimi Təranə İsrafilova və Səxavət İbrahimovanın məhkəməsi başlayıb.
Bu barədə APA-ya məhkəmədən məlumat verilib. İttiham aktına görə, təqsirləndirilən şəxslər bu il martın 17-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs ediliblər. Onlar 2006-cı ilin dekabr ayında bir qrup şəxslə cinayət əlaqəsinə girərək yeni doğulmuş uşağı, Pakistanda yaşayan Tovuz rayon sakini Hicran Əsgərovaya 2000 dollara satdıqları zaman tutulublar. Təqsirləndirlən şəxslər Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR