Bank Of Baku

Zaqatalada yerləşən “N” saylı hərbi hissədə bədbəxt hadisə baş verib

Zaqatalada yerləşən “N” saylı hərbi hissədə bədbəxt hadisə baş verib
# 21 iyul 2008 11:59 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Zaqatalada yerləşən “N” saylı hərbi hissəsində bədbəxt hadisə baş verib. Zaqatala mərkəzi rayon xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şirvan sakini, 1989-cu il təvəllüdlü Yəhya Əlisahib oğlu Zərbəliyev yük maşınının altında qalaraq ağır yaralanıb. Əsgər rayon xəstəxanasına boyun fəqərələrinin sınığı və ağır travma ilə gətirilib və vəziyyəti olduqca ağır olub.
Yəhya Zərbəliyevin aldığı xəsarət çox ağır olduğundan o, dərhal Bakıya göndərilib. Qeyd edək ki, Y. Zərbəliyev 2007-ci ilin payızında Şirvan rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR