Bank Of Baku

3-cü mikrorayon dairəsi yaxınlığında benzin maşınından ətrafa dağılan 30-40 litr yanacaq təmizlənib

3-cü mikrorayon dairəsi yaxınlığında benzin maşınından ətrafa dağılan 30-40 litr yanacaq təmizlənib
# 21 iyul 2008 15:10 (UTC +04:00)
Bakı-APA. Bu gün saat 12.15-də Fövqəladə Hallar Nazirliyinin 112 Zəng Mərkəzinə Nəsimi rayonu ərazisində, Ziya Bünyadov prospektindən 3-cü mikrorayon dairəsinə gedən yolda qəza baş verməsi nəticəsində “Kamaz” markalı 30 tonluq yarımqoşqulu yanacaq daşıyan avtomobildən ətrafa yanacaq dağılması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov APA-ya bildirib ki, qeyd edilən ünvanda Müslüm Sultanovun idarə etdiyi, dövlət nömrə nişanı 10-OV-140 (qoşqu nişanı 10 ZA-703) olan “İST-Petrol” şirkətinə məxsus “Kamaz” markalı avtomobildə baş verən nasazlıq nəticəsində ətrafa yanacaq dağılıb. Məlumata görə, yanacaq dağılması avtomobildə yaranan texniki nasazlıq nəticəsində baş verib. Nəticədə yerə 30-40 litr yanacaq axıb. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin və nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər. Avtomobildə yaranan texniki nasazlıq aradan qaldırılıb, yerə dağılan yanacağın üzərinə xüsusi köpük tökülüb və ərazi yanacaqdan təmizlənib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR