Bank Of Baku

Sergey Strekalinin vəkili: “Sergey Aqil Xəlili məcburiyyət qarısında qalaraq bıçaqlayıb”

Sergey Strekalinin vəkili: “Sergey Aqil Xəlili məcburiyyət qarısında qalaraq bıçaqlayıb”
# 21 iyul 2008 15:16 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilə xəsarət yetirən Sergey Strekalinin vəkili Akif Məlikov mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, vəkil bildirib ki, A. Xəlil S. Strekalinin məhkəmə prosesi haqqında mətbuata yanlış məlumatlar verir: “Aqil Xəlil Sergey tərəfindən bıçaqlanmadığını iddia edir. Onun dedikləri həqiqətə uyğun deyil, Aqil Xəlili Sergey bıçaqlayıb. Bu fakt məhkəmə istintaqı zamanı sübut olunub”. Vəkil deyib ki, A. Xəlil S. Strekalinin evində Lalə adlı qızla və Moskvada yaşayan modeleyer Raf Sərdarovla da münasibətdə olub: “Bu faktları Aqil Xəlil ibtidai istintaqa verdiyi ifadəsində də təsdiqləyib. Amma məhkəmədə ibtidai istintaqa verdiyi ifadələrinin təkzib etdi. Səbəbini soruşduqda bildirdi ki, ibtidai istintaqa təzyiqlər altında ifadə verib. Ondan istintaqda hansı təzyiqlərə məruz qalmasını soruşduqda, dedi ki, gecə saat 12-yə kimi prokurorluqda qalmışam. O, həmin vaxt vəkil ilə bir yerdə olub, belə olan halda ona heç bir təzyiq ola bilməz”. A. Məlikovun sözlərinə görə, A. Xəlil bir il ərzində Sergey Strekalinə 1000-dən çox sevgi mesajı göndərib: “Aqil Xəlilin Sergey Stirikalinə mesajlar göndərməsi həm ibtidai istintaqda, həm də məhkəmədə sübut olunub”. Vəkilin sözlərinə görə, S. Strekalin A. Xəlili məcburiyyət qarşısında qalaraq bıçaqlayıb: “Sergey Aqillə görüşməkdən imtina edib, amma Aqil ondan əl çəkməyib, onunla görüşmək üçün mesajlar yazıb”. Vəkil bildirib ki, o, Nəsimi rayon məhkəməsinin çıxardığı hökmlə razı deyil və yaxın günlərdə qərardan apellyasiya şikayəti verəcək. Qeyd edək ki, Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunan S. Strekalin Nəsimi rayon məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR